Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
FİLM

“Coker” filmi 11 nominasiya üzrə iddialıdır  

11-01-2020


Amerikalı rejissor Todd Fillipsin ekranlaşdırdığı “Coker” filmi Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) təqdim etdiyi nominasiyalar üzrə liderdir.

Mtv.z xəbər verir ki, “Coker”in iddialı olduğu 11 nominasiya arasında “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı adaptasiya olunan ssenari” kateqoriyaları var. Nominantlar arasında ikinci yeri 10 nominasiya ilə rejissoru və ssenari müəllifi Kventin Tarantino olan “Bir dəfə Hollivudda”, üçüncü yeri isə 7 nominasiya ilə britaniyalı rejissor Sem Mendesin “1917” filmi tutur.

“Ən yaxşı film” kateqoriyası üzrə “Coker”, “Bir dəfə Hollivudda”, “Parazitlər”, “1917” və Martin Skorsezenin “İrlandiyalı” ekran əsərləri namizədliyini irəli sürüb. “Ən yaxşı rejissor” titulunu isə Sem Mendes, Todd Fillips, Martin Skorseze, Pon Çjun Xo, Kventin Tarantino əldə edə bilər.

Xatırladaq ki, “BAFTA”nın 73-cü mükafatlandırma mərasimi fevralın 2-də Albert Hollda keçiriləcək.

279 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti