Serial məhkəməlik oldu
Aktrisa və model ilə sevgili olan yeni eşq yaşayır
Serialda rol alacaq aktyorların adı açıqlandı
Zamiq üç fərqli obraz yaratdı - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Nu, poqodi!” cizgi filminin davamı çəkilir

21-11-2019


“Soyuzmultfilm” kinostudiyası “Nu, poqodi!” cizgi filminin davamını çəkəcək.

Mtv.az xəbər verir ki, kinostudiya cizgi filminin daha 26 seriyasını çəkməyi planlaşdırır.

Bu barədə jurnalistlərə məlumat verən “Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri Yulinana Slaşeva bildirib ki, cizgi filminin 1969-cu il yanvarın 1-də ilk buraxılışının ekrana çıxmasından 50 il keçir. Bu münasibətlə filmin 26 yeni seriyasının çəkilişləri planlaşdırılır. Yeni seriyadan olan ilk film 2020-ci ildə balaca tamaşaçılara təqdim ediləcək.

Xatırladaq ki, “Soyuzmultfilm” kinostudiyası 1936-cı ildə yaradılıb. İndiyədək burada 1500-dən çox cizgi filmi çəkilib.

265 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 İyul




6 İyul