Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
FİLM

Corc Miller iki film çəkməyi planlaşdırır

22-09-2019


Rejissor Corc Miller “Dəli Maks” filmlərinin davamı olaraq bu seriyadan daha iki ekran əsəri çəkməyi planlaşdırır.

Mtv.az xəbər verir ki, bu barədə prodüser İen Smit məlumat verib.

İen Smit “Dəli Maks: Azğınlıq yolu”, “Beşinci element”, “Fontan”, “İnsan övladı” və digər beynəlxalq səviyyədə məşhurluq qazanan filmlərə prodüserlik edib.

Boyevik janrında çəkilən “Dəli Maks”ın ilk hissəsi 1979-cu ildə işıq üzü görüb. Ekran əsəri qlobal fəlakətdən sonra baş verən hadisələrdən bəhs edir. Baş rolu Mel Gibson canlandırıb.

Xatırladaq ki, 1985-ci ildə “Dəli Maks 2: Yol döyüşçüsü” təqdim olunub. Sonradan isə filmin növbəti hissələri ekranlara çıxıb.



35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr