Oksananın  kişilərdən "xoşu" gəlmir
Aktrisaya 3 milyonluq avtomobil hədiyyə edildi
Oskar laureatı yeni filmə çəkiləcək
Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video

Facebook instagram Twitter Youtube
FİLM

Beynəlxalq qorxu filmləri festivalı başladı

11-09-2019


Sentyabrın 10-dan 15-dək Portuqaliyanın paytaxtında “MOTELx” 13-cü Beynəlxalq qorxu filmləri festivalı keçiriləcək.

Mtv.az xəbər verir ki, Lissabonun San-Xorxe kinoteatrında təşkil olunan festivalda müxtəlif janrlara aid qorxu filmləri – mistik, qaniçənlər, psixoloji trillerlərdən tutmuş, qorxunc məxluqlar haqqında filmlərə qədər bir çox peşəkar və həvəskar rejissorların ekran əsərləri nümayiş olunacaq. Bu filmlərin arasında həm “qızıl fonda” daxil olanlar, həm də novator eksperimentləri var.

Festivalda Amerika kinorejissoru Ari Asterin “Gün dönümü” psixoloji trillerinin nümayişindən sonra bu kino janrında ustad dərsi keçiriləcək.

Türk mənşəli alman rejissoru Fatih Akının Berlin Beynəlxalq kinofestivalında göstərilmiş “Qızıl əlcək” filminin də premyerası keçiriləcək.

Festivalda Portuqaliya rejissoru Qonsalo Almeydanın “Make Me Company” bədii filmi ilk dəfə nümayiş etdiriləcək. Bu il məşhur kinorejissor Ed Vudun “Kosmosdan 9 nömrəli plan” elmi-fantastik qorxu filminin ekranlara çıxmasının da 60 illiyi qeyd olunacaq.

“MOTELx” Beynəlxalq qorxu filmləri festivalı ilk dəfə 2007-ci ildə keçirilib. Hər il bu tədbirin fəxri qonaqları arasında həmin janrın ustadları iştirak edirlər, onlardan biri isə burada özünün yeni ekran əsərini təqdim edir. Festivalda ümumilikdə 8-dən çox film göstərilir, habelə bir sıra əlavə tədbirlər – ustad dərsləri, təqdimatlar, diskussiya klubları, tematik musiqi konsertləri təşkil edilir.

“MOTELx” Beynəlxalq qorxu filmləri festivalı “Zombilərin paradı” ilə yekunlaşır.

20 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16
































15