Firuzə İbadova qızına xoş sözlər yazdı
Mövsümü “Qızıl balıq”la açacaq
Hollivud ulduzu lüt şəkil çəkdirdi
Brilliantın oğlu “Allah qismət edəndə” evlənəcək

Facebook instagram Twitter Youtube
FİLM

“İnsan siması” filmində Brejnevi canlandıracaq

30-08-2019


Fransanın məşhur aktyoru Jerar Depardye “İnsan siması” filmində keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnevi canlandırmağa razılıq verib.

Mtv.az xəbər verir ki, keçmiş Çexoslovakiyada 1968-ci ilin avqust hadisələrinə həsr olunan ekran əsərinin rejissoru xorvatiyalı Lordan Zafranoviç olacaq.

“Biz Depardye ilə müqavilə imzalamışıq. Sentyabrda onun komandası ilə görüşəcək və detalları müzakirə edəcəyik”, -deyə filmin prodüseri Andrey Leka bildirib.

Qeyd olunub ki, filmin ssenarisinin yarısı artıq yazılıb. Çəkilişlərin başlanması isə 2021-ci ildə nəzərdə tutulub. Büdcəsi 10 milyon dollardan artıq olan ekran əsərinin ən bahalı layihələrdən biri olacağı gözlənilir.

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20
















19