Aktrisa ərinə hədik apardı - foto
Aktrisanın meyiti damdan tapıldı - foto
Elnarə saçlarını qısa kəsdirdi - foto
Şoumenin gəliri 4,5 milyon lirə olacaq

Facebook instagram Twitter Youtube
FİLM

Ceki Çan Moskvada filmini təqdim edəcək

19-08-2019


Dünya şöhrətli aktyor Ceki Çan Rusiya və Çinin birgə istehsalı olan “Əjdaha möhürünün sirri” filmini təqdim etmək üçün Moskvaya gələcək.

Mtv.az xəbər verir ki, sentyabrın 10-da aktyor öz prodüseri ilə birlikdə filmin təqdimatında iştirak edəcək.

Filmdə baş rolları məşhur amerikalı aktyor Arnold Şvarsenegger və Ceki Çan canlandırırlar. Ekran əsərinin Rusiyada satışı bu ilin sentyabrın 19-a nəzərdə tutulub.

Filimdə hadisələr iki ölkə arasındakı tarixi əlaqələrdən bəhs edir. Belə ki, ingilis səyyahı və kartoqrafı Conatan Qrinə rus imperatoru I Pyotr tərəfindən Rusiyanın uzaq şərqdəki torpaqlarının xəritəsinin hazırlanması tapşırığı verilir. Bunu yerinə yetirmək üçün o, uzaq səyahətə çıxır və Çinə gələrək oranın qədim mifik qəhrəmanları ilə üzləşir. Filmdə məqsəd hər iki ölkə mədəniyyətinin və tarixinin nümayiş etdirilməsidir.

Xatırladaq ki, ekran əsərinin Rusiyada premyerası 2018-ci ilin avqustuna nəzərdə tutulmuşdur. Ancaq film Çində nəzarət komissiyasindan keçdiyinə görə onun buraxılışı düz bir il təxirə salınıb.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


































19