Bu ildə dəbdə olan gəlinlik modelləri - foto
"İlin ən yaxşı serialı" müəyyən oldu
Nəsrin yeni fotoları ilə diqqət çəkdi - foto
Pərvin "İnstaqram"sız qala bilmədi

Facebook instagram Twitter Youtube
FİLM

“Son gecə” film Nəsimiyə həsr olunub

15-08-2019


“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.

Mtv.az xəbər verir ki, “Son gecə” adlı film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.

Filmin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator Əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Quruluşçu rəssam Rəfael Əlizadə, qrim rəssamı isə Elbrus Vahidovdur. Nəsimi roluna Əməkdar artist Elşən Rüstəmov çəkilib. Filmdə Əməkdar artist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları da çəkiliblər. Ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvindir. Film sentyabr ayından ekrana çıxacaq.

155 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar






































26 Yanvar