FİLM
"Jara" filminin təqdimat günü bəlli oldu
06-08-2019

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə lentə alınan "Jara" filminin təqdimat günü bəlli olub.
Mtv.az xəbər verir ki, romantik komediya janrında olan ekran işi sentyabrın 5-də tamaşaçıların ixtiyarına veriləcək.
Ötən il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində çəkilişləri gerçəkləşən filmdə Rusiya şou-biznesinin tanınmış simaları rol alıblar. Onların Bakı macəraları filmdə əks edilib.
Xatırladaq ki, iyulun 26-da Bakıda filmə qapalı baxış keçirilib.
142 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr
10 Dekabr