Aşıq Samirə keçmiş ərini hələ də sevir
Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi
Lolitanın əri ilə ayrılıq səbəbi bəlli oldu

Facebook instagram Twitter Youtube
FİLM

"Çölçü" ABŞ-da və İtaliyada ən yaxşı film seçildi

18-07-2019


“Çölçü” bədii filmi ABŞ-da keçirilən “Royal Wolf Film Awards 2019” müsabiqəsində “Ən yaxşı xarici film” mükafatına və İtaliyada “Oniros Film Awards 2019” müsabiqəsində “May mövsümünün ən yaxşı bədii filmi” mükafatına layiq görülüb.

Mtv.az xəbər verir ki, ekran əsəri, eyni zamanda “Oniros Film Awards 2019”da “Ən yaxşı rejissor” və “İlin ən yaxşı bədii filmi” nominasiyalarında final mərhələsinə seçilib.

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanıb. “Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Xatırladaq ki, filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Ekran əsərində Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

117 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr




21 Oktyabr