Aktrisa ərinə hədik apardı - foto
Aktrisanın meyiti damdan tapıldı - foto
Elnarə saçlarını qısa kəsdirdi - foto
Şoumenin gəliri 4,5 milyon lirə olacaq

Facebook instagram Twitter Youtube
FİLM

Coker haqqında film komikslər əsasında çəkilməyəcək

14-07-2019


“DC Comics”in personajı Coker haqqında film komikslərdə olmayan original ssenari əsasında çəkiləcək. 

Mtv.az xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Todd Fillips bunu “Empire” nəşrinə müsahibəsində bildirib.

Fillips deyib: “Biz komikslərdən heç nə götürməmişik, Coker barədə öz versiyamızı yazmışıq”.

Filmdə baş rolu Hoakin Feniks ifa edəcək. Feniksi böyük aktyor adlandıran Fillipsin sözlərinə görə, ssenari üzərində işləyərkən aktyorun fotosu onun kompüterinin üstündə olub.

Hoakin Feniks üç dəfə, o cümlədən Ridli Skottun “Qladiator” filmində Roma İmperatoru Kommod roluna görə “Oskar” mükafatına namizəd irəli sürülüb. O, həmçinin “Xətti aşmaq” filmində müğənni Conni Keş roluna görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.

135 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


































19