Modelin uşaqlarının bağça xərci 100 min lirədir
Hadisənin rəqsi bəyənilmədi - video
Müğənni imicini dəyişdirdi
Həkim müğənnini məhkəməyə verdi

Facebook instagram Twitter Youtube
FİLM

“Çölçü” “Dumbo film” festivalının proqramına daxil edildi

15-05-2019


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Çölçü” filmi “Dumbo film” festivalının müsabiqə proqramına daxil edilib.

Mtv.az xəbər verir ki, filmin rejissoru Şamil Əliyevin verdiyi məlumata görə, bu festivala 36 ölkədən 354 sifariş daxil olub.

“Çölçü” filmində arxaik aləmdə yaşayan çölçü ilə müasir mədəniyyətin daşıyıcısı olan gənc qızın münasibətlərindən bəhs edilir. Atasının ölümündən sonra dərviş kimi yaşayan çölçü bu kəndli qızı ilə rastlaşandan sonra onun həyatı tamam dəyişir.

Son illərdə çoxsaylı titullara layiq görülmüş “Çölçü” filmi rejissor Şamil Əliyevi bütün dünyada məşhurlaşdırıb. 2014-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizədlərin ilkin siyahısına daxil edilmiş “Çölçü” filmi onlarca beynəlxalq festivalda iştirak edib və demək olar ki, bütün nominasiyalarda 20-dən çox mükafat alıb.

Qırxdan çox beynəlxalq festivalda təqdim olunmuş bu film müxtəlif nominasiyalarda ən yaxşı ekran əsəri hesab edilib, filmin yaradıcı kollektivi müvafiq mükafatlara və diplomlara layiq görülüb.



192 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr








































17 Oktyabr