Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Heydər Əliyev və Azərbaycan kinosu” konfransı keçirildi - foto

10-05-2019


Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) və Dövlət Film Fondunun dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.

Mtv.az xəbər verir ki, Dövlət Film Fondunda təşkil olunan konfransı ittifaqın birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan kinosuna göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Qeyd edib ki, bu il 121-ci illiyi qeyd edilən Azərbaycan kinosunun inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, “Milli Kino Günü” yaradılıb və onun qayğısı ilə “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Cavid ömrü”, “Hökmdarın taleyi” və başqa tarixi filmlər ərsəyə gəlib.

Tədbirdə kinoşünas Aydın Kazımzadə 1984-cü il mayın 18-də Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşünü xatırladıb.

Sonda rejissor Etibar Məmmədovun “Qalxan və Qılınc” filmi nümayiş olunub.







82 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun








































24 İyun