Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
FİLM

“Əlvida, Şmidt!” bədii filminin təqdimatı oldu - foto

20-04-2019


Nizami Kino Mərkəzində “Əlvida, Şmidt!” bədii filminin aprelin 19-da təqdimatı keçirilib.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.

Təqdimatda çıxış edən filmin ssenari müəllifi və rejissoru Əli-Səttar Quliyev Mədəniyyət Nazirliyinə və filmin heyətinə öz minnətdarlığını bildirərək ekranlaşdırdığı əsəri haqda məlumat verib: “Filmin ideyasını iki il öncə ssenari müəllifi Rüstəm Babazadə ilə düşünüb hazırlamışıq. Film sevgidən, dostluqdan, multikultural dəyərlərdən bəhs edən bir yol əhvalatıdır”.

Rejissor, həmçinin ekran əsərinin yaxın vaxtlarda beynəlxalq kinofestivallarda iştirak edəcəyini vurğulayıb.

Filmin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, ssenarist İlqar Fəhmi bildirib ki, incəsənəti, ədəbiyyatı neqativ enerji bürüyüb, çox az əsərlər bu neqativdən kənarda qala bilir, bəzən bədbin baxışlar olur, amma şükürlər olsun ki, bu film pozitiv enerji üzərində qurulub.

İ.Fəhmi bildirib ki, ikili standartların hökm sürdüyü müasir dünyada belə ekran əsərləri Azərbaycan həqiqətlərinin olduğu kimi insanlara çatdırılmasında mühüm rol oynayır. “O baxımdan hansısa sızdırmalarla, işarələrlə öz həqiqətlərimizi çatdırmağa çalışdıq”.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.

Filmdə rolları Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artistlər Zemfira Sadıqova, Rasim Cəfərov, aktyorlar Azər Aydəmir və başqaları canlandırıblar.













251 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15