Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
FİLM

Soçidə cizgi filminin 50 yaşı qeyd edilib

18-03-2019


Soçidə, “Roza Xutor” kurortunda “Soyuzmultfilm” kinoşirkətinin Sovet dövründən hamımıza yaxşı tanış olan qəhrəmanları Çeburaşka və Timsah Genanın 50 illik yubileyinə həsr olunmuş “BoogelWoogel” festivalı keçirilib.

Mtv.az xəbər verir ki, 600-dən çox insan Çeburaşka və Timsah Genanın şərəfinə karnaval sürüşməsində iştirak edib. Bu barədə jurnalistlərə festivalın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Karnaval kostyumu geyinmiş 627 insan Soçidə “BoogelWoogel” festivalında xizək və snoubordlarla sürüşüb. “Soyuzmultfilm” kinoşirkətinin yubilyarları Çeburaşka və Timsah Gena bu hadisənin rəmzi olub”.

Münsiflər heyətində Çeburaşka, Timsah Gena və “Soyuzmultfilm” kinostudiyasının nümayəndələri təmsil olunublar. Onlar ən yaxşı karnaval kostyumlarına görə nominasiyalarda qalibləri müəyyən ediblər.

“Soyuzmultfilm” kinostudiyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru Anna Usaçova deyib: “2019-cu ildə cizgi filmi qəhrəmanları Çeburaşka və Timsah Genanın 50 yaşı tamam olur. Məşhur qəhrəmanlar haqqında ilk cizgi filmi – “Timsah Gena” 1969-cu ildə işıq üzü görüb. Bu, həqiqətən də qeyri-adi fenomen idi. Həmin qəhrəmanların sərgüzəştləri barədə cəmi dörd cizgi filmi çəkilsə də, onlar ötən onilliklər ərzində əsl xalq folkloru qəhrəmanlarına çevriliblər”.

Ənənəvi “BoogelWoogel” festivalı Soçidə 2016-cı ildən keçirilir.



197 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15