Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
FİLM

Sofi Loren gözəlliyinin sirrini açdı

04-03-2019


Dünya kinosunun əfsanəsi Sofi Loren gəncliyinin və gözəlliyinin sirlərini açıb.

Mtv.az xəbər verir ki, 84 yaşlı Sofi öz təravətini əsasən pozitivliyinə borclu olduğunu bildirib.

Canlı əfsanə hesab edir ki, cazibədarlığın ən başlıca sirri xoş əhval-ruhiyyədir. "Mən hər zaman pozitiv düşünməyə çalışıram. Məni çox nadir hallarda kədərli və bədbin görə bilərsiniz. Başqalarında xoş təəssürat oyatmaq istəyirsinizsə, həyatın hər anından zövq alaraq yaşayın. Çalışın ətrafınızda hər zaman sizi sevən, birgə vaxt keçirməkdən zövq aldığınız insanlar olsun. Hər birimizin həyatında problemlər var. Stress və həyəcandan kənar qaçmağa çalışın. Nə olursa olsun, öz qayğınıza qalın. Dincəlin, kitab oxuyun, günün batmasını seyr edin. Bir sözlə sizi xoşbəxt edəcək ən xırda məqamdan belə, özünüzü məhrum etməyin"

Özünü ləzzətli yeməklərdən məhrum etməyib.

O deyir: "Yediyiniz qidalara diqqət yetirin. Kökəlmək istəmirsinizsə, az-az və tez-tez yeyin. Mən adətən günümə ağartı məhsulları ilə zəngin səhər yeməyi ilə başlayıram. Günüm doyumlu naharla davam edir. Şam yeməyimə isə azkalorili tərəvəz salatları, ət və meyvələr daxil edirəm. Buna baxmayaraq dadlı şirniyyatları da çox sevirəm və həftənin bir-iki günü məmnuniyyətlə yeyirəm. İdeal bədən quruluşuma görə həmçinin fəal həyat tərzimə borcluyam".



1110 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15