Mehmet Ali Ərbil aktrisa ilə eşq yaşayır - foto
Ancelina Coli oğurluqda günahlandırılır
Modelə 24 ay həbs cəzası verildi
Ed Şiranson on ilin ən yaxşı ifaçısı adını qazandı

Facebook instagram Twitter Youtube
FİLM

 “Aprel yüksəkliyi” filminin təqdimatı oldu - foto

27-02-2019


Nizami Kino Mərkəzində fevralın 26-da Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun döyüş yoluna həsr olunmuş “Aprel yüksəkliyi” filminin təqdimatı olub.

Mtv.az xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, bəşəriyyət tarixində ən qəddar, vəhşi cinayətlərindən biri olan Xocalı soyqırımının iştirakçıları hələ də layiqli cavablarını almayıblar. Qeyd edib ki, əvvəlcədən planlaşdırılan kütləvi və amansız qırğın aktı həmin torpaqlarda yaşayan azərbaycanlıları tamamilə məhv etmək niyyəti ilə törədilib.

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışıb. Həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri qeyd edib. Ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması heç də uzaqda deyil.

Daha sonra “Aprel yüksəkliyi” filmi nümayiş olunub. Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov, operatoru Ömər Kutuyevdir.

Ekran əsəri 2016-cı ilin Aprel döyüşləri zamanı ordumuzun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərən Şükür Həmidovun döyüş yolundan bəhs edir.

Xatırladaq ki, Şükür Həmidov Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.











1078 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






































15 Dekabr