Sərdar Ortaç qumarda 120 min dollar uduzdu
Aktrisa ərinə yemək bişirmək üçün dərs alır
Əməkdar artistin yeni bığı bəyənilmədi
Aktrisa reklama çəkilir

Facebook instagram Twitter Youtube
FİLM

Filmlər Milli qəhrəmanlara həsr olunub - foto

18-01-2019


Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişinə start verilib.

Mtv.az xəbər verir ki, kino həftəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evində kinorejissor Zamin Məmmədovun lentə aldığı Milli Qəhrəman Mətləb Quliyevə həsr olunmuş “Həsrətlə cənnətə qovuşanlar” və Milli Qəhrəman Vüqar Mürsəlova həsr olunmuş “Dəmir atlı” filmləri tamaşaçılara təqdim edilib.

H.Abbasov adına Mədəniyyət evində isə kinorejissor Seyran Mahmudoğlunun lentə aldığı Milli Qəhrəman Yavər Şahbazova həsr olunmuş “Bitməyən ömür” və rejissor Ramiz Hüseynovun lentə aldığı Milli Qəhrəman Ələsgər Novruzova həsr olunmuş “Qəhrəmanlığa gedən yol” adlı filmlər nümayiş olunub.

Filmlərin nümayişində məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.









970 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr


17 Noyabr