Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
FİLM

XX əsrin ən yaxşı filmi seçildi

16-01-2019


Amerika Kinematoqrafçılar Cəmiyyəti (American Society of Cinematographers, ASC) yaranmasının 100 illiyi münasibətilə XX əsrin ən yaxşı filmini seçib.

Mtv.az xəbər verir ki, seçimin nəticələrinə görə birinci yeri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən lentə alınmış “Ərəbistan Laurensi” ("Lawrence of Arabia") filmi tutub.

Filmin çəkildiyi şərait ASC mütəxəssislərini heyrətə gətirib. Xüsusən, filmin açıq hava səhnələri İordaniyanın Cəbəl əl-Tubayk şəhərində lentə alınıb. Həmin vaxt burada havalar dözülməz dərəcədə isti olub və ən yaxın su mənbəyi 240 kilometr məsafədə imiş. Bununla belə, çəkiliş qrupunun peşəkarlığı sayəsində yeddi “Oskar”, dörd “Qızıl Qlobus” və bir çox başqa mükafatlara layiq görülən film ərsəyə gəlib.

Eyni zamanda, ilk onluqda “Ülgüc üzərində qaçan” (1962), “Apokalipsis bu gün” (1979), “Vətəndaş Keyn” (1941), “Xaç atası” (1972), “Quduz öküz” (1980), “Konformist” (1970), “Biçin günləri” (1978), “2001-ci il: Fəza odiseyi” (1968) və “Fransa rabitəçisi” (1971) kimi ekran əsərləri yer alıb.

Rus filmlərindən sovet rejissoru Mixail Kalatozovun 1964-cü ildə çəkdiyi “Mən Kubayam” dramı reytinqə 39-cu yerdə qərarlaşıb.

1141 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15