“Həci məni heç vaxt aldada bilməz" - Şəbnəm
Murad Arif qalmaqallara təəssüflənir
"Çarlinin mələkləri"nin qala gecəsi - foto
Model adada üç gün üç gecə toy etdi - foto

Facebook instagram Twitter Youtube
FİLM

Film Tehranda nümayiş olunacaq - foto

17-01-2019


İran ilə Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığı yeni sənət əsərinin ortaya çıxmasına səbəb olub.

Mtv.az xəbər verir ki, bu sözləri İranın tanınmış kino rejissoru Əmir Sahib Rezavi deyib. O bildirib ki, Azərbaycanın tanınmış kino rejissoru İlham Qasımov ilə birgə lentə aldıqları “Məhəbbət qalası” filmi bu il Tehranda keçiriləcək 37-ci “Fəcr” film festivalında nümayiş olunacaq. İranlı rejissorun sözlərinə görə film mükafata iddialıdır.

Çəkilişlər ötən il ərzində Bakıda və İranın Mişkənşəhər şəhərlərində aparılıb. Azərbaycan və İran sənətçilərinin çəkdiyi film həmişə aktual olan məhəbbət mövzusuna həsr edilib.

Filmin süjet xəttinə görə Bakı hökmdarı Yaqub şahın gözəl bir qızı var. Bu qıza çoxları aşiq olur və onunla ailə qurmaq istəyirlər. Azərbaycana gələn təbrizli bir gənc oğlan da qıza aşiq olaraq onu səmimi qəlbdən sevir. Lakin Dadaş adlı şahzadə də qızı sevdiyi üçün təbrizli gəncə rəqib olur.

Filmdə Azərbaycan və İran aktyorları Rza Naci, Ziya Ağa, Elməddin Cəfərov, Çinarə Məlikzadə, Kəmalə Pirimova və başqaları yer alıblar.





875 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






















21 Noyabr