FİLM
“Xaç atası” filmi 1-ci yerdə qərarlaşdı
10-06-2017

Britaniyanın “Empire” jurnalına görə “Xaç atası” filmi bütün vaxtların ən böyük filmi kimi adlandırılıb.
Muztv.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın keçirdiyi sorğuda 20 min kinoman iştirak edib. Rejissor Frensis Ford Koppolun 1972-ci ildə lentə aldığı ekran əsəri ən çox səs toplayaraq 1-ci yerə layiq görülüb.
2-ci yerdə “Ulduz müharibələrindən – İmperiya cavab zərbəsi endirir”, 3-cü yerdə isə “Tünd cəngavər” filmi qərarlaşıb.
989 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Yanvar
25 Yanvar