FİLM
"Taxt Oyunları" kütəvi insan yandırdığına görə rekorda imza ata bilər
09-06-2017

İyulun 16-dan etibarən tamaşaçıların görüşünə gələcək "Taxt Oyunları" serialı 7-ci mövsümü üçün çox ciddi və dinamik hazırlaşıb.
Muztv.az xarici mətbuata istinadən xəbər verir ki, ekran əsərinin ssenaristləri və aktyorları gələn ay yayımlanacaq serialda süjet xəttinə əsasən əjdahaların kütləvi halda insanları yandırma səhnələrinin nümayiş olunacağını bildirib. Çəkilən təhlükəli səhnələrdə 73 kaskadyor yandırılmalı olub. Onlardan 20-i eyni anda yandırılıb.
Qeyd edək ki, indiyə qədər ən çox “Rayanın qurtuluşu” filmində 13, Cəsur ürək filmində isə 18 kaskadyor yandırılıb.
Ekran əsərinin kaskadyor qrupu “Ginesin rekordlar kitabı”na düşməyi böyük ümidlə gözləyir.
710 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Yanvar
27 Yanvar