Erməni filmi Beynəlxalq Festivalın proqramından çıxarıldı
Aktrisa maska taxmır və qaydaları pozur
Futbolçu model ilə nişanlandı
Əməkdar artist görünüşü ilə təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycanda polislər haqqında film çəkiləcək

03-06-2017


Azərbaycanda polislər haqqında film çəkilməsi planlaşdırılır.

Muztv.az “Report”a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Sənəddə 2017-2018-ci illərdə hüquq mühafizə orqanları əməkdaşlarının müsbət obrazını yaradan, onun cəzaverici deyil, xilaskar olmasını formalaşdıran televiziya proqramlarının və filmlərin çəkilişi və yayımlanması, Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşlarının peşəkar fəaliyyətinin televiziya kanallarında mütəmadi işıqlandırılması nəzərdə tutulub.

Qeyd olunan məsələlərin icrası Daxili İşlər Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə tapşırılıb.

680 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30






















29