Model plagiatda ittiham olunub

Kanadalı müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber plagiatda ittiham olunub. Mtv.az xəbər verir ki, söhbət modelin bir müddət əvvəl təqdim etdiyi kosmetik brendi "Rhode"dən gedir. Heyli 2014-cü ildə əsası qoyulmuş "Rhode NYC" geyim brendinin sahibləri, dizaynerlər Fibi Vikers və Purna Khatau tərəfindən məhkəməyə verilib. Onların sözlərinə görə, H.Biberin eyni adlı kosmetika şirkətinin açılması onların biznesinə təsir edə bilər. Onlar qeyd ediblər ki, problemlər artıq başlayıb - sosial şəbəkələrdə istifadəçilər şirkətlərini deyil, modelin brendini izləməyə başlayıblar. Bu səbəbdən brendin sahibləri Heylinin bu addan istifadəsinin qadağan olunmasını istəyirlər. Fibi və Purna qeyd edib ki, 2018-ci ildə Heylinin nümayəndələri bu adı almağa cəhd etsələr də onlar bundan imtina ediblər. Modelin nümayəndələri isə mövzu ilə bağlı açıqlama verərək eyniadlı qeydiyyatın qanuni olduğunu bildiriblər: "Heylinin brendi kosmetika şirkəti, "Rhode NYC" isə geyim istehsalçısı kimi qeydiyyatdan keçib. Həmçinin, "Rhode" H.Biberin ikinci adıdır".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
