FASHİON
Tanınmış model evdən çıxa bilmir
24-05-2022

Böyük bədən ölçüsü ilə tanınan model Tess Holiday instaqramda yeni fotolarını paylaşaraq son vaxtlar çəkisi ilə bağlı problemlərinin artdığını yazıb. Mtv.az xəbər verir ki, model çəkisi ilə əvvəlki qədər xoşbəxt ola bilmədiyini etiraf edib: "Düzünü desəm, indiki kimi öz bədənimi qəbul etməkdə heç vaxt belə çətinlik çəkməmişəm. Bu, məni yorur. Məni hər zaman şən görürsünüz, amma bəzən evdən çıxmaq üçün özümdə güc və enerji tapmaq çətin olur. Son vaxtlara qədər həmişə şəkil çəkdirmək istəyən qız olmuşam. Amma uzun müddətdən sonra ilk dəfədir ki, baxanda özümə qarşı mehriban ola bilərəm. Hələ də üzərində işləyirəm". Xatırladaq ki, keçən il modelə qidalanma nizamsızlığı diaqnozu qoyulub.
122 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart
29 Mart