Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Evliliyimi 30 il qoruya bildim..."

30-03-2023


Əməkdar artist Könül Kərimova həyat yoldaşından boşandığını etiraf edib. Myv.az xəbər verir ki, müğənni bu barədə televerilişin birində deyib. O, evliliyini 30 il qoruya bildiyini açıqlayıb: "Xanımlığı çox arzu etdim, amma qismətim olmadı. Bu yaxınlarda bir yazıçıdan gözəl söz eşitdim. Dedi ki, yanlış bir evlilik bütün ömrün boyu uduzmaq deməkdir. Etiraf edirəm ki, çox şeylərdən geri qalmağımın səbəbi məhz evliliklə bağlı yaşadığım bu çətinliklərim oldu. Ağır bir məclisdən çıxırdım, gedib yorğun, halsız evə çatırdım və evdəki problemləri həll etməyə başlayırdım. Xatırlamıram ki, gəlib evdə nəyisə hazır görüm. Əslində bu addımı atmaq o qədər də çətin olmadı. Çünki mən vidalaşmışdım. Elə ilk gündən, yanlış imza atdığım andan bunu hiss etmişdim. Başa düşdüm ki, evlilik sadəcə kağız üzərində olmur. Hara qədər bacardımsa, oraya kimi daşıdım. Çox səliqəli sağollaşdıq. Məktub yazdı ki, bağışlayın, olmadı...” Xatırladaq ki, K.Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Zaman-zaman onların boşanmaları haqda xəbərlər yayılsa da, K. Kərimova bunu inkar edib. Cütlüyün iki övladı var.

25 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti