Xalq artistinin sənətə gəlməsinə kim qarşı olub?

"Məşqlər zamanı biz klubda idik. Atam isə əlində balta ilə gəlib qapını sındırırdı. Əslində atam çox sakit insan olub. Onu anam öyrədirdi: get, qızın müğənni olmaq istəyir, məşqlərə gedir". Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva televerilişin birində deyib. Müğənni bildirib ki, valideynləri onun sənətə gəlməsinə qarşı çıxıb. Verilişdə iştirak edən Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə deyib: "Atası balta ilə gəlmişdi. Dedim ki, elə zaman gələcək ki, Zülfiyyə Xanbabayeva məşhur müğənni, Xalq artisti olacaq və sizə konsertinə bilet verməyəcək". Z.Xanbabayeva "Doğrudan da oldu. Valideynlərim bir konsert olanda deyirdilər ki, bizə və ya dost, tanışımıza bilet tap ver. Mən də cavab olaraq söyləyirdim ki, gedin bileti özünüz alın" cavabını verib.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
