EKSKLÜZİV
"Rahat buraxın məni, bezdim..." - Oksana
18-10-2022

"Dostluğumda olan bəzi "dostlar" - sizin statuslarınızı oxumaqdan bezdim. Özünüzə, mənliyinizə bir az hörmət edin". Mtv.az xəbər verir ki, bu sözləri rəqqasə, aktrisa Oksana Rəsulova bildirib. Sənətçi sosial şəbəkədə yazılan statuslara sərt reaksiya verib: "Hər kəs öz yerində, işində-gücünədir. Bir də ki, məndən ümidinizi kəsin. Bitdi, bitib, özü də çoxdan. O yazdığınız statusları isə öz beyninizə yeridin, məndən uzaq olun. Yetər artıq! Rahat buraxın məni, bezdim". Xatırladaq ki, O.Rəsulova bir neçə gün əvvəl həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan bir il əvvəl boşandığını açıqlayıb. Oksana övladı Osmanın atasının Şəhriyar olduğunu bildirmişdi.

73 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart
29 Mart