EKSKLÜZİV
Əminə Yusif qızı özünü yaxşı hiss edir
14-10-2022

Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusif qızı özünü yaxşı hiss edir. Mtv.az xəbər verir ki, bunu Xalq artisti açıqlamasında bildirib. O deyib: "Özümü yaxşı hiss edirəm. Bilmədim nə üçün belə yalan informasiya yayırlar. Heç bir yerə özümü pis hiss etdiyimi və qidalanmadığımı deməmişəm. Yalandır". Xatırladaq ki, mətbuatda onun səhhətinin pisləşməsi, qida qəbul edə bilməməsi barədə məlumat yayılmışdı. Tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.
62 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart
29 Mart