Model qadınlara məsləhət verdi
Timati karyerasını başa vurur
Tatlısəsin konsertinə kredit götürüb gəldi
Ajda Pekkan arzusunu açıqladı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Əməkdar artist duet ortağını müdafiə etdi

03-12-2021


Əməkdar artist Firuzə İbadovanın şəraitsiz evdə yaşaması haqda açıqlaması gündəmdən düşmür. Mtv.az xəbər verir ki, müğənninin fikirləri, yardım istəməsi tənqid edilib. F.İbadovanın duet ortağı, Əməkdar artist Cavanşir Məmmədov MTV-yə açıqlamasında onu müdafiə edib. O bildirib ki, F.İbadovanın böyük bağlı və çoxlu qızılı olub: "Firuzə xanımın fikrini düzgün başa düşmək lazımdır. Deyir ki, mənim mənzil şəraitim pisdir. İnsan ömürboyu pul qazana bilər. Bir gün evi yanar, heç nəyi qalmaz. Toya məcbur gedə bilərsən? Gedib 10 minə məcbur toy oxumursan ki... 3500 manata toya gedirik. O da 10-15 adam arasında bölünür. Biz bahalı toyda olmamışıq, ev sahibini incitməmişik. Nə veriblər, qəbul etmişik. Deyirlər, Firuzə xanımın evi bu boydadır, Cavanşir müəlliminki bu qədər. Firuzə xanımın evi o deyildi. Bağını aldadıb aldılar, qaldı evsiz. Qızıllarını aldadıb apardılar. Başına fəlakət gəldi".

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti