Malta təmsilçisi qalib görünür

Bukmeykerlər "Eurovision 2021" mahnı müsabiqəsinə təqdim edilən mahnı və kliplər arasında analiz aparıblar. Onlar bu il yarışmada birinci olma şansının yüksək olduğu ifaçını açıqlayıblar. Mtv.az xəbər verir ki, bu barədə xəbər "Eurovisionworld" saytında yayımlanıb. Ekspertlər bildiriblər ki, müsabiqədə birinci yerdə Malta təmsilçisi Destina Çukuneranı görürlər. O, gecədə "Je Me Casse" mahnısını oxuyacaq. Proqnozlara görə yarışmada ikinci və üçüncü yeri İsveçrə ilə Fransa tutacaq. Bu il İsveçi "Eurovision"da "Gjon’s Tears" ləqəbi ilə tanınan müğənni Con Muharremay, Fransanı isə Barbara Pravi təmsil edəcək. Rusiyalı ifaçı Manijin isə 13-cü yerdə qərarlaşacağı bildirilib. Gürcüstan təmsilçisi Tornik Kipianın "Eurovision"dakı iştirakı ləğv edilib. Buna səbəb onun "Facebook" paylaşımı olub. Belə ki, o, müsabiqə üçün hazırladığı mahnını tənqid edənləri təhqir edib. "Eurovision 2021" mayın 18-dən 22-nə kimi Rotterdamda keçiriləcək. Azərbaycanı yarışmada Samirə Efendi təmsil edəcək. O, gecədə "Mata Hari" mahnısını səsləndirəcək.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
