Müğənni 13 onlayn konsert verəcək
Müğənni həyat yoldaşı ilə yenidən evləndi - foto+video
"Çox sadəlövhəm, insanları tanıya bilmirəm..."
Aktrisa ərindən ayrıldığını təsdiqlədi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Hollivud ulduzu məhkəmədən əl çəkmir

23-02-2021


Hollivud ulduzu Conni Depp və keçmiş həyat yoldaşı Ember Herd arasındakı məhkəmə yenidən alovlanıb. Mtv.az xəbər verir ki, keçmiş arvadı Ember Herdə şiddət göstərdiyi üçün uzun müddət məhkəməlik olan aktyor indi də "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskı bu çəkişməyə cəlb etmək istəyir. Məsələ orasındadır ki, Ember və İlon arasında bir neçə ay sevgi macərası yaşanmışdı. Conni Depp isə həyat yoldaşının ondan boşanmamışdan əvvəl Maskla münasibətə başladığını iddia edib və aktrisaya qarşı 50 milyon dollarlıq təzminat davası açıb. Deppin vəkilləri İlon Maskın məhkəmə iclasında iştirak etməsini və aktrisa ilə əlaqələrindən danışmasını istəyirlər. Məhkəmə isə 3 ay sonra baş tutacaq. Xatırladaq ki, bir müddət əvvəl Ember də Deppə qarşı 100 milyon dollarlıq təzminat davası açmışdı. Məhkəmə Herdin haqlı olduğu haqqında qərar qəbul etmişdi.

19 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti