EKSKLÜZİV
Ən yaxşı akustik gitaranın adı açıqlandı
11-09-2019

"Ötən ildə bizim çox gitaralarda ifa etmək imkanımız oldu, amma bu kateqoriya üzrə rəy bildirmək zamanı yetişəndə yalnız bir model qalib oldu".
Mtv.az xəbər verir ki, bu barədə dünyanın ən məşhur saytlarından biri olan Guitar.com yazıb.
“Səsin gurluğu, təmizliyi, davamlı olması, vibrasiya verən harmonik səslər... Bütün bu xüsusiyyətlər dünyanın akustik alətlərinin fərqləndirici bir möhürüdür. Ancaq “Taylor K14ce” intonasiya (intonation) və dəqiq kökləməni təmin edərək səsyazmaya geniş imkanlar açır”, - guitar.com belə yazıb.
Bu altı simli aləti yoxlamadan keçirdikdən sonra guitar.com, onun növbəti illərdə də öz yerini qoruyub saxlaya biləcəyini qeyd edib.
502 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral
26 Fevral