Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Meksikalı pianoçu Bakıda konsert verir

02-09-2019


İfa texnikası tamaşaçıları heyran edən meksikalı pianoçu Xesus Lepe Riko yeni əsərlərini pərəstişkarlarına təqdim etmək üçün yenidən Azərbaycana gələcək.

Mtv.az xəbər verir ki, Azərbaycanın müxtəlif şəhərlərində baş tutacaq konsertlər silsiləsinin məqsədi universal musiqi dili vasitəsilə iki xalqın yaxınlaşmasına və milli mədəniyyət və incəsənətin tanınmasına töhfə verməkdir. Onun ilk konserti sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Konsertdə ifaçı Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi tanınmış meksikalı bəstəkarlarının bəzi əsərlərini səsləndirəcək. Sentyabrın 6-da Xesus Lepe Qəbələ Mədəniyyət Mərkəzində, sentyabrın 11-də isə Sumqayıt şəhərində çıxış edəcək.

Meksikalı pianoçunun təqdimatı Meksikanın Azərbaycandakı səfirliyi və İnkişaf üçün Beynəlxalq Əməkdaşlığa dair Meksika Agentliyi ilə Landmark oteli və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı əsasında həyata keçiriləcək.

96 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr


18 Noyabr