Əhməd Mustafayev saçını boyayan, linza və sırğa taxan həmkarlarının müdafiəsinə qalxdı

Məşhurluq uğrunda iddialı olan gənc ifaçı Əhməd Mustafayev "Muz Life"yə açıqlamasında stilinə görə bəzi kişi həmkarlarını tənqid edən şəxsləri qınayıb.
O, saçını boyayan, əməliyyat etdirən, linza və sırğa taxan həmkarlarının müdafiəsinə qalxıb:
“Kişi elə geyinməz deyənlər bugünkü gündə açıb İmadəddin Nəsiminin kinosuna baxırlar, hansi ki, Nəsiminin qulağında sırğa var idi. Onda Nəsimi o vaxt kişi deyildi?! O boyda şair, qəzəlləri bütün dünyada məşhurdur. Bütün bunlar dar düşüncəli ideologiyalardır”.
Daim görünüşündə fərqlilik edən Ə.Mustafayev stilinə görə müzakirə olanan sənət dostlarına tərəfkeşlik etsə də, özü sırğa taxmadığını bildirib:
“Mən istəmədiyim üçün taxmıram. Demirəm pis baxıram. Fikirləşirəm ki, mənim bu görünüşüm mənə bəs edir. Sırğa taxmağıma ehtiyac yoxdur. İndiyə kimi günah olacaq bir şey etməmişəm. Kişi kimi də sənətdəyəm”.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
