EKSKLÜZİV
Elşad Qarayev sənət fəaliyyətinin 40 illiyinə özəl konsert verəcək
02-07-2018

Müğənni Elşad Qarayev "Muz Life" a özəl açıqlamalar verib.
Muztv.az xəbər verir ki, o, sənətində olan yeniliklərdən danışıb:
"Yeniliklər var. Yay ayı olduğuna görə hər kəs istirahətdədir. Ona görə avqustdan başlayacağıq. Mahnılarımız hazırdır, amma yazı işlərimiz qalıb".
Müğənni konsert vermək barədə düşündüyünü də dilə gətirib:
"Yubiley konsert etmək üçün heç olmazsa bir ay məşq etmək lazımdır. Amma artıq fikrimdə var ki, sənətimə gəlməyimin 40 illiyinə özəl konsert verim".
Bununla bağlı süjetə iyulun 2-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Nilufər Məmmədli
666 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr
10 Dekabr