Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Deyirlər evin içində metro ilə gəzirəm” - Elnar Xəlilov nədən və kimdən şikayətləndi?

28-06-2018


Müğənni Elnar Xəlilov tədbirlərdən birində "Muz Life"nin kamerasından yan keçməyib.

Muztv.az xəbər verir ki, diqqətdən qaçmayan ifaçı pərəstişkarlarını sevindirəcəyini bildirib:

“Şəbnəm Əsədova ilə yeni duetimiz hazırlanır. Bəstənin sözləri Aysel Nəcəfliyə, musiqisi və aranjimanı mənə aiddir. İfa isə Şəbnəm xanım və mən”.  

E.Xəlilov müğənnilərin “bahalı həyat” yaşaması fikrinə qarşı çıxıb. Qazandıqlarının daha çox problemlərə sərf olunduğunu deyən müğənni sadə insanlardan fərqli həyat yaşamadığını söyləyib:

"Kənardan hər şey başqa cür görsənir. İnanın öz doğma qohumlarım da elə bilir ki, evin içində metro ilə gəzirəm. Fərz edək ki, ay ərzində 1 milyon manat qazanmış olsam belə 9 milyondan çox problemimiz olduğu üçün nəticədə yenə də 1000 manat qalır. Hər ay o qədər maaş alan adamla heç bir fərqimiz olmur. Sadəcə ad olur ki, filankəs bahalı həyat yaşayır. Əslində isə bu belə deyil. Biz də siz qidalandığınız yerlərdə otururuq, hətta dönər də yeyirik”.   

Bununla bağlı süjetə iyunun 28-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva

522 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr


18 Noyabr