Aktyor üçüncü dəfə evləndi - foto
Müğənni-bəstəkar xanım müğənniyə söz atdı
Müğənni əhnəyə fərqli geyimlərdə çıxdı - foto 
Xatirə nikah üçün gəmi kirayələdi - video

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Məşhurlar “Eskobar” filminin təqdimatına yığışdılar - barnekyu-partidən reportaj+foto

26-06-2018


“CinemaPlus Amburan Mall” premium kinoteatrında açıq havada Bakıda ilk dəfə barnekyu-parti keçirilib.

Muztv.az xəbər verir ki, gecədə sevilən aktyorlar, müğənnilər, aparıcılar, rejissorlar, prodüserlər, bloqqerlər, KİV və bomond nümayəndləri iştirak ediblər.

Bu il “Cinemazadeh” studiyasında Azərbyacan dilində peşəkar dublyaj olunmuş dramatik ispan filmi -  “Eskobar”ın nümayişi baş tutub.

Filmi Aqil M.Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev dublyaj ediblər.

Dublyajın Baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadədir. 

Filmin rejissoru və ssenariçisi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Eskobar haqqında bəhs edir. Baş rollarda Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaard.

Ekran əsərində Xayvyer Bardemin obrazını canlanndıran rejissor Aqil M. Quliyev "Muz Life"yə məsuliyyətli işinin öhdəsindən necə gəlməsindən danışıb:

“Filmdə ağır bir obrazdayam. Xavyer Barden elə bir nəhəng aktyorlardandır ki, onun hər bir yeni rolu yenilikdir. Ona görə də obrazım ağır gəldi, elə də getdi. Çox qəliz xarakter, paradoksal obrazdır. Qatı cinayətkaar, eyni zamanda sevə bilən insandır. Əslində, qəliz personajdır. Çalışdıq ki, yaxşı olsun”.

Təqdimata qatılan aktyor İslam Mehrəliyev və müğənni ABD Malik bugünkü mərasimi təqdirəlayiq hesab ediblər:

İslam Mehrəliyev: “Maşallah,  günbəgün “Cinemaplus”un filialları açılır. Bu gün isə "Amburan"da açılıb. Filmlərimizi izləyirik. Bu çox yaxşı vəziyyətdir. İnsanlar həm istirahət edir, həm də kinoya baxa bilərlər. Kinomuz da davamlı olaraq inkişaf edir”.

ABD Malik: “Eskobar” filminə Azərbaycan dilində baxacağıq. Çox şadam ki, öz dilimizdə bu cür filmlər dublyaj olunur. Yeni format var”. 

Bununla bağlı süjetə iyunun 26-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 























605 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 İyun


18 İyun