Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Brilliant Dadaşova “Məni axtar darıxanda” mahnısına çəkdirdiyi klipini təqdim etdi - reportaj

21-06-2018


Xalq Artisti Brilliant Dadaşova ötən gün media nümayəndələri ilə görüşüb.

Muztv.az xəbər verir ki, sənətçi “Məni axtar darıxanda” mahnısına çəkdirdiyi klipini təqdim edib. 

Sözləri İlqar Fəhmi, musiqisi Aydın Sani Süleyman, rejissoru Ceyhun Kərimov olan ekran işi bəyənilib. Dadaşova mahnını ifaçı Rəsul Əfəndiyevlə duet şəklində oxuyub.

Kameramız qarşısına keçən sənətçi musiqinin bəyənildiyini, klipin də seviləcəyini bildirib:

“Musiqini eşitmisiniz, əminəm bəyənmisiniz. Mən özüm də gözləmirdim ki, bu musiqinin bu qədər pərəstişkarı olacaq. Oxudum Rəsul ilə qulaq asdım özümün də ürəyimcə oldu. Oxumağı məni qane etdi. Mahnı sevildi, ancaq klip təəssüratı dəyişə bilər. İlk dəfədir ki, Ceyhun ilə işləyirəm. Baxaq görək necə olur”.

Rejissor Ceyhun Kərimov da ekran əsəri barədə fikilərini söyləyib:

“Brilliant xanım ilə işləmək böyük məsuliyyətdir. İlk dəfə B. Dadaşova ssenariyə baxanda dedi ki, yox, mənlik deyil. Sonra isə razılaşdı. Tam fərqli obrazda görəcəksiniz”.
 
Təqdimata qatılan müğənni Zamiq Hüseynov, Abbas Bağırov, Elçin Hüseynov, Brilliant Dadaşovanın hər zaman gənclərə dəstək olduqlarını vurğulayıblar.

Bununla bağlı süjetə iyunun 21də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.​

738 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16