Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Nuray Rəhmanın dəbdəbəli klip təqdimatı - "Dost bağında"n reportaj foto+video

22-06-2018


Səhnəmizin ən balaca müğənnisi Nuray Rəhman özünə dəbdəbəli şəkildə klip təqdimatı edib.

Muztv.az xəbər verir ki, bir neçə gün öncə solo konsert verən balaca ulduz bu dəfə “Dost bağında” adlı yeni klipini ərsəyə gətirib.

MUZ TV Azərbaycan kanalına danışan Nuray şou-biznesdə özünə rəqib tanımadığını bəyan edib:

“İstəmirəm özümü boş söhbətlərə görə yorum. Rəqabəti istəmirəm, ən yaxşısı odur ki, tək olum, başqa rəqiblərim olmasın”.  

O, ən böyük arzusunu da dilə gətirib:

"Ən böyük arzum odur ki, mən böyüyənə kimi hamı məni çox istəsin. Pərəstişkarlarım olsun. Hamınızı çox istəyirik ”. 

Nurayın valideynləri Əkbər və Gülnar Rəhman övladları ilə daim fəxr etdiklərini və hər zaman onu sənətində dəstəkləyəcəklərini söyləyiblər:

Əkbər Rəhman:  “Nurayın bu yaşına kimi əldə etdiyini bəzi böyük müğənnilər reallaşdırmayıblar. Biz valideynləri də ona dəstəyik. Düşünürəm ki, bu bizim həyat missiyamızdır. Allah bizə şans verib ki, valideyn olaraq belə istedadlı ruzunun arxasında düşməliyik”.    

Gülnar Rəhman: “Nuray ilə fəxr edirik. Çalışırıq ki, balamız doğru yolda addımlasın. O, Bülbül adına orta ixtisas məktəbində skripka üzrə musiqi təhsili də alıb. Kukla teatrında aktrisadır. Bu yolda addımlayır, inşallah uğurları bol olsun”.   

Səhnə performansı, cəsarəti ilə yaşıdlarını geridə qoyan Nuraya şou-biznesin tanınan simaları da dəstək olub. Onlar balacanı xoş günündə tək qoymayıblar:

Samira Allahverdi:  “Nuray balamızı ürəkdən təbrik edirəm. O balaca yaşlarından öz sənəti ilə mükəmməl məşğul olan baladır. Uğurlar arzu edirəm, biri-birindən gözəl işlər təqdim edir. Uşaqların sevimlisidir”.   

Emil Bədəlov:  “Nuray balamızı ürəkdən təbrik edirəm. Allah onu min budaq etsin, yollarını açsın. O bizim şou-biznesin ən gənc ulduzudur. Nurayın valideynlərinə də uğurlar arzulayıram, onlar da bizim sənətin nümayəndələridirlər. Allah bu ailəni qorusun”.   

Rəna Ağamuradova: “Mən Nurayı çox istəyirəm. Ondan ötrü ürəyim gedir. Mən belə istedadlı uşaq görməmişəm. Nurayıməz bir dənədir. Allah onu saxlasın, valideynlərinə güc versin. Bol-bol uğurlar arzu edirəm, hər zaman yanındayıq ”.  

Xatırladaq ki, “Dost bağında” bəstəsi “Qaya” qrupunun repertuarından olan retro mahnıdır.

Bununla bağlı süjetə iyunun 23-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.​



Bununla bağlı süjetə iyunun 22-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

 















589 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15