Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Rəhmətlik anam fəxri ad almağımı çox istəyirdi" - Rəşad İlyasov sevincini bölüşdü

31-05-2018


Bir neçə gün əvvəl Əməkdar Artist adına layiq görülən Rəşad İlyasov telekanalımız vasitəsilə təəsüratlarını bölüşüb.

Muztv.az xəbər verir ki, müğənni fəxri ad aldığı üçün çox sevincli olduğunu dilə gətirib:

“Əslində, çoxdan gözləyirdim. Bu günə qismət oldu. Allahımdan çox razıyam. Sinif yoldaşım Səidə xanım zəng vurdu, xəbər verdi. Əvvəl inanmadım, sonra bildim ki, rəsmi olaraq yayımlanıb. Çox sevindim, məndən çox ailə üzvlərim sevindi. Sənət adamına sadəcə bir az diqqət lazımdır. Onu da dövlət tərəfindən görürük”.

Sənətçi bu il iyunun 14-də konsert proqramı ilə çıxış edəcəyini açıqlayıb:

“Muğam Mərkəzində konsertimiz olacaq. Hər kəsi iyunun 14-də dəvət edirəm. Bu tarix mənim üçün çox əzizdir. Anamın doğum günüdür. Rəhmətlik anam da çox istəyirdi fəxri ad alım, konsert verim”.

Bununla bağlı süjetə mayın 31-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

517 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16