Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Hər bir xanıma övlad vacibdir" - Sevda Yahyayeva övlad sahibi olmaq istəyir - özəl

30-05-2018


Rəqqasə Oksana Rəsulovanın suni mayalanma ilə hamilə qalması bir neçə gündür gündəmdən düşmür.

Muztv.az xəbər verir ki, hamiləliyinin 6-cı ayını yaşayan sənətçinin bu addımı şou-biznes nümayəndələri tərəfində mənfi və müsbət reaksiya ilə qarşılanıb.

Oksananı tənqid edənlərdən fərqli olaraq müğənni Sevda Yahyayeva ona dəstək verib və sevincinə şərik çıxıb:

“Mən bu xəbərə çox sevindim. Əgər düzdürsə, İnşallah, sağ-salamat dünyaya gətirsin. Oksana dostumuzdur. Həmin xəbəri oxuyanda çox sevindim. Özüm də zəng vurub, təbrik edəcəyəm. Çünki hər bir xanıma övlad vacibdir. Bütün dünyadakı balaları Allah saxlasın və kim arzusundadırsa, ona qismət olsun”.

Sevda xanım artıq evlənmək zamanının gəldiyini etiraf edərək, övlad sahibi olmaq istədiyini bildirib:

“Mən istəyirəm ki, ailə qurum. Ondan sonra, Allah qismət eləsə, övlad sahibi olmaq istəyirəm. Bəli, mənim də arzumdur. Artıq bunu arzulayıram. Hələ heç nə gözlənilmir, çünki, heç nə yoxdur”.

Bununla bağlı süjetə mayın 30-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Zöhrə Şirinova

510 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16