Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Paytaxtda "Nəfəs" xeyriyyə konserti keçirildi -  müğənnilər nəfəs verdilər - reportaj

25-05-2018


Paytaxtın əyləncə mərkəzlərindən birində "Nəfəs" adlı xeyriyyə konserti keçirilib.

Muztv.az xəbər verir ki, gecənin təşkilatçısı Azərbaycan Tələbə Gənclər Təşkilatı (ATGT) olub.

Konsertdə tanınmış müğənnilər Samira, Nura, Natavan Həbibi, Elçin Cəfərov, Emil Bədəlov, Elnar Xəlilova, Aysel Əlizadə, Qurd, Rauf Əhmədov, Orxan Rəhimzadə, Nahidə Babaşlı, DJ Çina çıxış ediblər.

Tədbirə qatılan müğənni Elnarə Xəlilova "Muz Life"yə verdiyi açıqlamada bugünkü səhnədə tələbələrinin də yer aldığını söyləyib:

"Bu gün qaraciyər serrozundan əziyyət çəkən Turalın əməliyyatı üçün vəsait yığmaqdan ötrü bura yığışmışıq. Mən bu gün tək deyiləm. Özüm ilə bura tələbələrimi də gətirmişəm. Ümumiyyətlə, bu gün burda təmannasız iştirak edənlərin hərbirinə ayrı-ayrılıqda təşəkkür edirəm”.

Gecənin aparıcısı Murad Arif isə fikrini belə ifadə edib:

"Mən özüm şəxsən Elnarənin dəvəti ilə gəlmişəm. Bu tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatı ittifaqı "Onu sən yaşat" devizi ilə baş tutur. Tural qardaşımızın səhhətində problemlər var. Əməliyyat olunmalıdır və bunun üçündə məbləğ toplanılır. Məndə dostlarımızın dəvəti ilə gəldim. Belə tədbirlərdən qalmamağa çalışıram. İnşallah iştirakımız Turala kömək olar".

Xatırladaq ki, konsertdə yığılan vəsait qaraciyər serrozundan əziyyət çəkən Tural Budaqovun əməliyyatı üçün sərf olunacaq.

Bununla bağlı süjetə mayın 25-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Nilufər Məmmədli
 









406 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16