Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

O dövrün xanımlarına oxşamaq istəyən Səidə Sultan “Bağışla” klipini təqdim etdi – reportaj+foto

24-05-2018


Daim maraqlı açıqlamaları ilə gündəm yaradan müğənni Səidə Sultan media əhlini başına toplayaraq “Bağışla” klipini təqdim edib.

Muztv.az xəbər verir ki, səhnəmizin çılğın ulduzu bu dəfə mərhum sənətkar Məmmədbağır Bağırzadənin repertuarına üz tutub.

O, fərqli klipində retro tərzinə müraciət edərək keçmiş dövrün sənətkarlarına bənzəməyə çalışıb.

Klipdə müğənnilər Nura Suri və Nadir Qafarzadə də yer alıblar.

MUZ TV Azərbaycan kanalına ürək dolusu danışan Səidə Sultan klipdə əziyyəti olan şəxslərdən söz açıb:

“Klipdəki ideya özümə məxsusdur. Operatorumuz Rüfətdir. Onunla həmkarım Niyam Salami ilə “Bir şans ver”klipində də işbirliyimiz olub. Modelyer Elnarə Bəkirova, stilist Anar Ağakişiyevdir. Dostlarım sağ olsun ”.  

Ekran əsərindəki tərzini özü seçdiyini deyən ifaçı bununla məqsədini də gizlətməyib:

“Klipdəki tərzi özüm seçmişəm. Maraqlı olsun. Demirəm ki, dəhşətli bir klip çəkdirmişik, yox, bu musiqili nömrədir. İstədim ki, maraq yaratsın. Çünki o dövrün xanımlarına oxşatmaq istədim. Məncə də alındı, amma içində yenə də Səidə idim (gülür) ”.   

Cazibədar müğənni tezliklə sənətindəki yenilikləri ilə pərəstişkarlarını sevindirəcəyinin anonsunu da verib:

“Yeni mahnımızın aranjimanında gecikmə var. İnanıram ki, insanların sevdiyi bir mahnı olacaq. Bəlkə də yayın sevilən bir mahnısına çevriləcək. Orda isə tam başqa bir Səidə olacaq. Stilim üzərində Elnur Həsənov çalışacaq. Özümə də yenilik xoş olacaq. Bir tərzdə getməyi sevmirəm. Dəyişiklik olanda işimiz də maraqlı görünür”.   

Bununla bağlı süjetə mayın 24-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva



















567 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15