Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Azərbaycan musiqisində kütləvi zövq korlanması mənə sərf edir" - Əməkdar Artist qəribə danışdı

24-05-2018


Bilyard zalında yaxaladığımız Əməkdar Artist Zaur Əmiraslanov “Muz Life”a iddialı açıqlama verib.

Muztv.az xəbər verir ki, müğənni bu oyunu çox sevdiyini, ancaq o qədər də güclü oyunçu olmadığını bildirib:

“İngilislərin pul oyunu var, onu daha çox sevirəm. Biyard da maraqlıdır, ancaq çətindir. Bu oyun dəqiqlik tələb edir. Təkmilləşdirim, bacaracağam”.

İmicində dəyişiklik edən ifaçı maraqlı nüanslara toxunub:

“İmicimdə və yaradıcılığımda olan yenilikləri özüm üçün edirəm. Mənim yaradıcılığımda olan mahnılar kütlənin qavraya biləcəyi səviyyədə deyil. Hər şeyi özüm, ailəm və xalqımın bugünü yox, gələcəyi üçün edirəm”.

O, Azərbaycan musiqisində kütləvi zövq korlanmasının ona sərf etdiyini dilə gətirib:

“Bu gün heç kim məni başa düşmürsə, mən keyfiyyəti tərk etməli deyiləm. Bəzi ifaçılarımız tərəfindən yaradılan Azərbaycan musiqisindəki kütləvi zövq korlanması mənə "sərf edir". Palçığın içində muncuq həmişə parıldayar”.

Bununla bağlı süjetə mayın 24-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

396 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15