Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Aygün Kazımovanı təkrarlamaq mümkün deyil, o, birincidir” – Sevil-Sevinc bacıları etiraf etdilər

25-05-2018


Sənət yenilikləri ilə daim gündəmə gələn Sevil-Sevinc Səfərova bacıları “Muz Life”a özəl açıqlama veriblər.

Muztv.az xəbər verir ki, əkizlər yerli müğənnilərimizin əcnəbi ulduzların geyimlərindən istifadə edərkən tamaşaçılarda yaranan tənqidi fikirlərə münasibət bildiriblər:

“Özümüz istəsək də Ceniferə bənzəyə bilmərik, çünki formalarımız fərqlidir. Elə şeyə pis baxmıram. Sadəcə biz o geyimi çox sevmişdik. Belə baxanda hamımız mağazaya gedirik, oxşar geyimlər də alırıq. Burda pis nə var ki? Burda yaraşmaq söhbəti var. “Bunlar  da bezdirdi, filankəsin geyimini oğurlayıb geyinməkdənsə, deyin ki, yaraşıb ya yox?! Önəmlisi budur. Bədən ölçülərimizə uyğun geyinmişiksə, normaldır. Onu da deyim ki, o geyim bizdə çox bəyənildi, çünkü bizdə daha qapalı idi”.  

Əkiz müğənnilər sənət yenilikləri ilə pərəstişkarlarını sevindirəcəklərini də açıqlayıblar:

“Hazırda bir neçə mahnı var ki, aranjimandadır. Yeni klip də çəkiləcək. Gözləyirik ki, orucluq olsun, biz işlərimizə start verək. Yay tətillərində efirlərə yox deyib, istirahət edəcəyik. Sentyabrdan yeni güc, enerji ilə sənətimizə davam edəcəyik”.   

Diqqət çəkən qızlar Xalq Artisti Aygün Kazımovanın təkrarının olmadığını etiraf edib və ondan ağızdolusu danışıblar:

“Aygün Kazımovanı təkrarlamaq mümkün deyil. Çünki, o birdir və birincidir. Təbii ki, hər kəsin öz işləri ilə bağlı öz arzusu olur. Konsertlərlə bağlı indidən açıqlama verməyəcəyik. Amma hazırlaşırıq. Yayda da, sentyabrda da konsertlər təşkil edəcəyik”. 

Bununla bağlı süjetə mayın 25-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 

646 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15