Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto
Aktrisa  küçədə şiddətə məruz qaldı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Aktyorun yanında həmişə rejissor olmalıdır” - Gülşad Baxşıyevadan sənət məsləhəti

23-05-2018


Əməkdar Artist Gülşad Baxşıyeva MUZ TV Azərbaycan kanalına müsahibə verib.

Muztv.az xəbər verir ki, aktrisa rejissor amilini qabardaraq aktyor-rejissor cütlüyünün vacibliyini vurğulayıb:   

“Rejissorun istəyi öndə gedir. Ola bilər ki, aktyorun baxış bucağı ayrı olsun, amma rejissor deyə bilər ki, Gülşad xanım mən istəmirəm bu epizod bir qədər qəddar olsun. Belə də olmalıdır. Aktyorun yanında həmişə rejissor olmalıdır. Bu, mütləqdir”.   

Bundan əlavə, aktrisa təklif aldığı ekran əsərlərində aktyor heyətinə önəm verdiyini də qeyd edib:

“Çox vaxt filmi kim çəkəcək, hətta orda kimlər çəkiləcək o seçimi edirəm. Hər zaman gördüyüm o peşəkar komanda olmayanda, rolu ifa etmək də çətin olur. Dəfələrlə film təklifi alanda, birinci sualım bu olub ki, zəhmət olmasa orda çəkiləcək aktyorların adlarını deyin. Onlar adları sadalayıblar”.       

Bununla bağlı süjetə mayın 23-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

 

388 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17








































16