Aktrisa ərinə hədik apardı - foto
Aktrisanın meyiti damdan tapıldı - foto
Elnarə saçlarını qısa kəsdirdi - foto
Şoumenin gəliri 4,5 milyon lirə olacaq

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Unudulmaz günlər idi, həyatımda çox böyük iz buraxdı...” - Mirələm Mirələmovun xatirəsi

22-05-2018


Muğam ifaçısı Mirələm Mirələmov “Muz Life” a müsahibəsi zamanı qarşıdakı sənət yeniliklərindən danışıb.

Muztv.az xəbər verir ki, sənətçi işdən vaxt ayırıb istirahət edəcəyini söyləyib:

“Bir neçə mahnılar var ki, onları lentə alacam. Bu ay çalışacam ki, o mahnıları tam ərsəyə gətirim. Qaçaqaç da olsa, rayona istirahətə getmək istəyirəm”.    

Mirələm yeni ifaları ilə pərəstişkarlarını sevindirəcəyini vəd edib:

“Repertuarımda yeni bəstəkar mahnıları, eləcə də, xalq mahnıları da yer alacaq. Bəstəkar Xanım İsmayılqızının bir mahnısını ifa edəcəyəm ”.     

Gənc xanəndə qalibi olduğu Muğam müsabiqəsi ilə bağlı xoş xatirələrini bölüşərək, müsabiqə iştirakçılarının gələcəkdə o adı üstlərinə götürməməsinə iradını bildirib:

“O fikir yalnışdır. Çünki Muğam müsabiqəsinin qalibi olmuşam. Bizim ilk qədəmlərimiz o müsabiqədən başlayıb. O zamanlar efirlərdə az –az olurduq. Həmin yarışma vasitəsi ilə həftəsə iki dəfə üç saat canlı yayım çox məsuliyyətli günlər idi. Muğam müsabiqələri olmasa idi, biz bu gün bəlkə də nə ölkəmizdən kənarda vətənimizi təmsil edə bilərdik nə də öz ölkəmizdə. Yarışmadakı izlər həyatımda ən böyük izlərdən olub. Unudulmaz günlər idi, dostlarım, münsiflər hər kəs”.   

Bununla bağlı süjetə mayın 22-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva

417 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


































19