Mətanətin küsülü olduğu müğənnilər olub
 “O səs Türkiyə” qalibi bəlli oldu - video
Məryəm pərəstişkarlarını sevindirdi
Maykl Ceksonun zorakılıq edib?

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Aman ayrılıq” mahnısı alqışlarla qarşılandı - Kənan Doğulunun Bakı konsertindən reportaj

21-05-2018


Türkiyənin tanınmış müğənnisi Kənan Doğulu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Muztv.az xəbər verir ki, Bakı Konqres Mərkəzində sevənləri ilə görüşən ifaçı səhnəni DJ və aranjmançı qardaşı Ozan Doğulu ilə bölüşüb.

Sevilən yeni və köhnə mahnılarını səsləndirən müğənni “Aman ayrılıq” bəstəsini də ifa edib. Səhnədən pərəstişkarlarının yanına enən sənətçi onlarla birgə foto çəkdirib.

İfalarını sonlandıran Kənan Doğulu səhnəni tərk edib, daha sonra sevənlərinin alqışları ilə geri qayıdaraq daha beş mahnı ifa edib.

Konsertdə yerli məşhurlardan müğənni Miri Yusif, aktyorlar Elşən Orucov ilə İlkin Həsənli də ifaçını dinləyənlər sırasında yer alıb.

Bununla bağlı süjetə mayın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

668 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti