Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Mənə söz atıb reklam olunmağa çalışırlar” – Renka isə sağlam rəqabəti xoşlayır

21-05-2018


“Renka” ləqəbi ilə tanınan rəqqasə Rəna Ağamuradova “Muz Life”a maraqlı açıqlamalar verib.

Muztv.az xəbər verir ki, sənətçi çəkisindən danışıb. O, lazım gələrsə artıq qida qəbul etdiyini və bundan qorxmadığını söyləyib:

“Hərdən olur ki, yorğun oluram, yemək yeməsəm halsız olaram. Ona görə mənə qida çox lazımdır. Amma çalışdığım qədər ilə özümü qoruyuram. Qış aylarında özümə artıq qida qəbul etmək üçün icazə verirəm. Mənim üçün rahatdır. İki həftənin içində iki ya üç kilo ata bilirəm. Hərdən özümə məhdudiyyətlər qoyuram ”.

Renka şou-biznesdə heç kimə söz atmadığını, amma hər dəfə bunun əksi ilə qarşılaşdığını dilə gətirib:

“Məni efirdən də, sosial şəbəkələrdən də izləyirsiniz. Hamı bilir ki, mən heç kimə söz atmıram. Mənə söz atıb çalışırlar ki, adımdan reklam olunsunlar. Bu sənətə təzə gələndə deyirdilər ki, kiməsə söz atım gündəmdə olum, amma bunu etmədim. Belə şeyləri sevmirəm. Hamıya hörmətim var, Allah hər kəsin ruzisini verir. Söz atmaq lazım deyil, çalışsınlar ki, özləri olsunlar, dəsti-xəttlərini yarada bilsinlər”.  

Cazibədar xanım boş rəqabətlərdən qaçdığını da etiraf edib:

“Qəbul etmirəm, kimsə mənə desin ki, o rəqqasə kimi ol. Mən heç vaxt onun kimi ola bilmərəm. Çünki biz ayrı-ayrı insanlarıq. Sevənlərimiz də fərqlidir, ayrıdır. Sağlam rəqabət yaxşıdır ”.

Bununla bağlı süjetə mayın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Lamiyə Balacayeva 

644 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15