Bu ildə dəbdə olan gəlinlik modelləri - foto
"İlin ən yaxşı serialı" müəyyən oldu
Nəsrin yeni fotoları ilə diqqət çəkdi - foto
Pərvin "İnstaqram"sız qala bilmədi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Ölkəmizi festivalda layiqincə təmsil etməyə çalışacam” - Emiliya Yaqubova söz verdi - özəl

18-05-2018


“Səs Azərbaycan” müsabisəsinin qalibi Emiliya Yaqubovadan sevənlərinə müjdəli xəbər var.

Muztv.az xəbər verir ki, cazibədar ulduz Azərbaycanı Gürcüstanın Batumi şəhərində baş tutacaq “İpək Yolu” festivalında təmsil edəcək.

MUZ TV Azərbaycan kanalına məxsusi danışan müğənni müsabiqə haqqında məlumat verərək qalib olması üşün səylə çalışacağını deyib:

“Fikirləşirəm ki, bu, çox gözəl festival olacaq. “İpək yolu” festivalıdır. 2017-ci ildə Qazaxıstanda keçirilmişdi, bu il isə qonşu ölkədə təmsil etmək mənə nəsib oldu. Ölkəmizi layiqincə təmsil etməyə çalışacam. Bu festival Gürcüstanın Batumi şəhərində baş tutacaq. Bildiyimə görə, müsabiqədə qalib gələn “İpək yolu ulduzu” adına layiq görüləcək ”.  

Sənətçi gürcü həmkarı ilə duet ifa edəcəyini də söyləyib:

“İki mahnı seçilib, dünya və Azərbaycan estradasından mahnılar. Amma tam dəqiq müəyyən edəcəyik. Kiçik bir video olmalıdır ki, akapella şəklində ifa edək, gürcü ulduzu ilə duet də olsun deyə onlar bizə gürcü mahnısı versinlər. Səhv etmirəmsə 4 mahnı olmalıdır”.  

Rəqabətin böyük olacağını güman edən müğənni əsas prinsipini də açıqlayıb:

“Orada 14 ölkə yarışacaq. Sözün düzü, hələ də rəqiblərimlə tanış deyiləm. Qrup şəklində tanışlıq yaradılıb, amma bəziləri dəqiqləşməyib deyə tanımıram. Düşünürəm ki, rəqabət böyük olacaq. Əsas isə layiqincə təmsil etməkdir”.   

Xatırladaq ki, Emiliya Yaqubova ötən yay “Sea Breeze”də keçirilən “Jara” beynəlxaq müsabiqəsində də çıxış etmişdi.

Bununla bağlı süjetə mayın 18-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Lamiyə Balacayeva 





706 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar






































26 Yanvar